
Qazaxıstanın ən böyük şəhəri olan Almatıda rayon polis idarəsində atışma baş verib.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bu barədə yerli KİV-ə şahidlər məlumat verib.
Polis idarəsinin olduğu zona polis tərəfindən mühasirəyə alınıb, qonşu binaların əməkdaşlarını ofisdən bayıra buraxmırlar. Lakin hələlik atışmanın hansı səbəbdən baş verdiyi bilinmir.
FHN-in Almatı departamenti sakinləri evlərini tərk etməməyə çağırıb.
Gununsesi.info