Qazaxıstanda daha 428 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

  • By admin
  • 20 İyun 2020 11:11

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 428 nəfər yoluxub.

Gununsesi.org xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 16 779 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 8 nəfər ölüb, 272 nəfər isə koronavirusdan sağalıb.

Məlumata əsasən, hazırkı dövrədək koronavirusa yoluxanlardan 10 411 nəfər sağalıb, 113 nəfər isə vəfat edib.

Gununsesi.org