“Qazaxıstandakı hadisələr bizə ciddi dərs olmalıdır” - Medvedev

  • By admin
  • 28 Yanvar 2022 12:38

2022-ci il yanvar ayının əvvəlində Qazaxıstanda baş verən hadisələrin Rusiyada təkrarlanması üçün heç bir əsas yoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Hesab edirəm ki, bizim belə hadisələr üçün heç bir ilkin şərtimiz yoxdur. Birincisi, ona görə ki, ümumilikdə prezidentin apardığı kursu ölkəmizin vətəndaşları təsdiqləyir. Qanunlar səs verməklə qəbul olunur. Rusiyada istənilən terror fəaliyyətinin təzahürlərinə və ya ümumilikdə hər hansı cinayət hücumlarına cavab verməyə qadir olan effektiv dövlət yaranıb. Qazaxıstanda baş verənlər bizə də ciddi dərs olmalıdır”.

Gununsesi.info