Qazaxıstanın Azərbaycandakı səfirliyindən MÜRACİƏT

  • By admin
  • 08 Yanvar 2022 16:00

Qazaxıstanın Azərbaycandakı səfirliyi vətənə qayıtmaq istəyən qazaxıstanlılara lazımi məsləhətlər verməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin açıqlamasında bildirilib.

Belə ki, Qazaxıstandakı mövcud vəziyyətlə və ölkəyə qayıtmaqla bağlı məsləhətlər və konsulluqla bağlı hüquqi məsələlərin müzakirəsi yanvarın 8-də saat 15-dən 19-dək, yanvarın 9-da saat 10-dan 18-dək həyata keçiriləcək.

Gununsesi.info