Qazın və işığın qiymətinin qaldırılması ölkədə ciddi problemlər yaradacaq - VAHİD ƏHMƏDOV

  • By admin
  • 30 Noyabr 2016 12:38

??????????????????????????????????????????????????????????

Elektrik enerjisi və qazın qiymətinin artırılması  ölkədə ciddi  problem yaradacaq.
 Gununsesi.info xəbər verir ki,  bunu millət vəkili Vahid Əhmədov noyabrın 30-da parlament komitələrinin birgə iclasında  büdcə zərfinin müzakirəsi zamanı deyib.
Millət vəkili  bildirib ki, Tarif Şurası elektrik enerjisi və qazın qiymətini qaldırmaqla əlavə problemlərə yol açmış oldu. “Belə ki,  bu artım əhalidən yığımın səviyyəsini aşağı salmaqla yanaşı, digər məhsullarda və xidmət sahələrində qiymət artımına səbəb olacaq. Bu da ciddi problemlər yaradacaq”- deyə, millət vəkili vurğulayıb.
Mürtəza 
Gununsesi.info