“Qazprom” Türkiyəyə qaz ixracını artırıb

  • By admin
  • 02 Dekabr 2017 21:46

Rusiyanın “Qazprom” qaz şirkəti 2017-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə ixrac olunan qazın həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4 % artırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.

Məlumata görə, şirkət Yunanıstana qaz ixracını 11,6% , Bolqarıstana – 6,8%, Macarıstana – 22,3%, Serbiyaya – 26,1% artırıb.

Ümumilikdə, “Qazprom” qazın uzaq xaricə ixracının həcmi qeyd olunan dövr ərzində 8,3% (175 mlrd. kubmetr) artırılıb.

Gununsesi.info