Qeyri-adi iş təklifi - CƏLLAD KİMİ ÇALIŞMAQ ÜÇÜN VAKANSİYA ELAN OLUNUB

  • By admin
  • 18 Oktyabr 2017 12:06

edam_28475676

Zimbabvedə 52 nəfər vakant cəllad işində çalışmaq üçün müraciət edib.

Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, Zimbabve ədliyyə nazirinin müavini Virciniya Mabhizanın dediyinə görə, “vətəndaşlar bu işdə çalışmaqda çox maraqlıdır”: “İş elanından sonra müraciət edənlər arasında kişilərlə yanaşı, qadınlar da var”.

Zimbabvedə son 12 il ərzində edam cəzası gerçəkləşdirilməyib. 2013-cü ildə Zimbabvedə qəbul edilmiş yeni Konstitusiyaya görə, əgər cinayət törədilən zaman cinayətkarın yaşı 21-dən az və ya 70-dən çox olarsa, həmin şəxs barəsində edam qərarı həyata keçirilmir.

Zimbabvedə cəllad vəzifəsi 2005-ci ildən bəri vakant qalıb.

Vitse-prezident Emmerson Mnanqava isə bəyan edib: “Nə qədər ki, mən vəzifədəyəm, kimsə edam edilməyəcək”.

Hazırda Zimbabvedə ölüm hökmü almış 92 məhbus var.

Gununsesi.info