Qeyri-adi və maraqlı abidələr - FOTOLAR

  • By admin
  • 08 Yanvar 2018 15:00

Tarixdən bu günə qədər inşa edilmiş abidə və heykəllər özünəməxsus xüsusiyyətlərə  malik olub. Belə ki, onların yaradılmasında müəyyən səbəb və məqsədlər var.

Gununsesi.info primetime.az-a istinadən xəbər verir ki, onlardan  bəziləri vəfat etmiş şəxsin xatirəsini yaşatmaq naminə, digərləri isə insanların maraq və diqqətini çəkmək üçün inşa edilib. Sadaladığımız ikinci varianta aid olan heykəltəraşlıq nümunələri kreativ və orijinal obrazlarla seçilir. Bunların hər biri  standartlardan  kənarlaşaraq yüksək məharət və ustalıqla ərsəyə gətirilib.

Dünyanın bir sıra ölkələrində inşa edilən bu qeyri-adi və maraqlı abidələri təqdim edirik:

1.“Mustanq atları”, Texas, ABŞ.

Dünyanın  ən  məşhur  nümunəsi sayılan  bu  abidədə  9  mustanq – vəhşi atlar  təsvir  olunub. Onlar  fəvvarənin  içində  qaçan  vəziyyətdə  təsvir  edilib. Layihəsi  1967-ci  ilə  aid  olan  abidənin  inşası  1984-cü  ildə başa  çatdırılıb.

2.“Qadın çantası”, İtaliya.

Bu  abidə  ilk  dəfə  İtaliyada “Fikirlər. Məkan. Təbiət və xəyallar arasında dialoq” adlı sərgidə nümayiş olunub. Başı çantanın içində olan qadın təsviri yaratmaqla heykəltəraş qadınların hər  şeyə hədsiz dərəcədə maraq  göstərdiyini vurğulamış olub.

3.“Düyün vurulmuş silah”, Nyu-York, ABŞ.

Bu heykəl britaniyalı musiqiçi Con Lennonun öldürülməsinin xatirəsinə qurulub. Yaradıcısı isveçrəli rəssam Karl Fredrik Reytersvorddur.

4.“Səyyah”, Marsel, Fransa.

Bu heykəltəraşlıq  səri təkcə Marsel küçələrinin deyil, ümumilikdə bütün dünya memarlığının  maraq doğuran abidəsi hesab olunur.

5.“Xedinqton akulası”, Oxford, Böyük Britaniya.

Burada, akula ölümcül raket formasında inşa  edilib. Bu memarlıq əsəri Naqasaki şəhərinə atom bombasının atılmasının 41-ci  illiyinə  həsr  olunub.

6.“Çaya tullanan insanlar”, Sinqapur.

Memar Çonq Fa Çeonq Sinqapur çayı yaxınlığında yaşayan və çalışan adamları bu cür təsvir  edib.

7.“Təbiətin gücü”, Yer  kürəsini  kiçik  bir  parça  ilə  saxlayan qadın, Qatar.

Abidənin müəllifi italyan rəssam Lorenso Kuin olub. Bu abidədə qadının güc simvolu olduğu ön plana çəkilib.

8.“De Vaartkapoen”  heykəli , Brüssel, Belçika.

1985-ci ildə qurulmuş heykəlin müəllifi belçikalı memar Tom Fransen olub. Memarlıq nümunəsində kiçik bir məzəli səhnə təsvir edilib: kanalizasiya dəliyində gizlənmiş adam qəfildən polis əməkdaşının ayağından yapışaraq onu yıxır.

9.“Çimən qadın”, Hamburq, Almaniya.

Müəllifi Oliver Voss olan heykəl kosmetika firmasının reklam kampaniyası üçün qurulub.

10.“Nişan üzükləri”, Vankuver, Kanada.

Bu, Vankuverin ən gözəl abidələrindən biridir. Əyilmiş vəziyyətdə olan üzüklər polad, alüminium və şüşədən düzəldilib.

Gununsesi.info