QFF-nın prezidenti ölkəmizdə səfərdədir  - FOTO

  • By admin
  • 01 May 2017 16:38

unnamed (8)

Qırğızıstan Futbol Federasiyasının (QFF) prezidenti Semetey Sultanov ölkəmizdə səfərdədir.

Bu haqda Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, AFFA-nın infrastrukur və marketinq siyasəti ilə tanış olmaq istəyən qonaq bu məqsədlə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşərək fikir mübadiləsi aparıb. Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzində milli komandalar üçün inşa olunmuş təlim-məşq bazasında olub.

Anar
Gununsesi.info