QHT rəhbəri polis rəisi haqqında yalan yazanları qınadı

  • By admin
  • 16 Mart 2019 16:29
Bəzi internet resurslarında Abşeron Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli haqqında gedən yazıya Abşeronda yaşayan, BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı Facebook-da fəaliyyət göstərən “Milli Amal” qrupunda status yazıb. Niyaməddin Orduxanlının statusunu olduğu kimi təqdim edirik :”Abşeron Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirlinin bu gün mətbuata açıqlamasını oxudum ki, bəzi internet resurslarında ona böhtan atırlar. Şəhriyar müəllimlə bağlı öz fikirlərimi sizlərlə bölüşmək istəyirəm.
 Bir müddət əvvəl, Abşeron rayonun Mehdiabad qəsəbəsində 5 nəfər naməlum şəxs böyük qardaşım Asif bəyə qarşı hücum edərək, ona xəsarət yetirmişdi. Məlumat Şəhriyar müəllimə çatan kimi dərhal işi özünün nəzarətinə götürdü. Onun səyi nəticəsində çox qısa müddət ərzində hadisənin törədən 5 nəfər şəxs istintaqa cəlb edildi. Bəlli oldu ki, onların 3 əvvələr məhkum olunmuş şəxslərdi. Hadisəni törəktdikləri zaman içkili olublar.
Yəni, dediyim odur ki, Şəhriyar müəllim çox peşəkar kadr olmaqla yanaşı rayonumuzda cinayətkarlığa qarşı kəskin mübarizə aparan bir məmurdur. Şəhriyar müəllim həmçinin milli mənəvi dəyərləri özündən yaşadan və Azərbaycanın çox dəyərli bir sənətkarının Dədə Şəmşir ocağının nümayəndələrindən biridir! Şəxsən mən Şəhriyar müəllimə və onun ailə üzvüləri haqqında yazılanları böhtan, şantaj və şəxsi maraqlarını təmin etmək məqsədi ilə yazılan sifariş hesab edirəm!”