QHT-sədri Səhiyyə Nazirliyindən ÜST-na və Prezidentə şikayət etdi

  • By admin
  • 11 Avqust 2016 12:25

eyyub

 

Azad İstehlakçılar Birliyi(AİB) 9 avqust 2016-cı il tarixində filtersiz, tərkibi təhlükəli olan siqaretlərin yenidən istehsala başlanması və satışa çıxarılması, kiçik yaşlı uşaqlarin sürətlə bu bəlaya düçar olmasina dair çoxsaylı dövlət orqanlarının əhəmiyyət verməməsini, hətta yoxlama aparmadan Səhiyyə Nazirliyinin(SN) təhlükəsizlik sertifikatı verməsini Ümumdynya Səhiyyə Təşkilatının Baş ofisinə məlumat verərək çatdırıb.

Bu barədə AİB-nin sədri Eyyub Hüseynov Gununsesi.info-ya məlumat verərək bildirib: “Siqaretlərin bütün növü istər filterli olsun və ya filtersiz təhlükəlidir! Çox təəssüf ki, SN-nin ictimayi sağlamlıq qurumu da bu məsələyə heç bir reksiya vermir! Dövlət orqanlarına göndərilmiş rəsmi müraciətlərə cavablar yoxdur. Bakının mərkəzində sertifikatlaşmadan keçmədən istehsal olunan SN-nin razılıği ilə istehsal olunan təhlükəli tütün məmulatı sürətlə satılır! 100% əminəm ki, cənab Prezidentimiz xəbər tutsa qarşısı alınar.

AİB 20 ildir ölkəmizı üzv olduğu beynəlxalq təşkilat vasitəsilə dünyanın 120 ölkəsində yalniz təbliğ edir, lakin bu dözülməz məişət narkomaniyası, kiçik yaşlıların bu işə qurşanması AİB-i məcbur etdiki bəlkə Azərbaycanın da qoşulduğu “Tütünə qarşı çərçivə Konvensiyası” çapında bu bəlaya bir çarə tapsın. Ölkənin qərar qəbul edən iqtisad adamları nə yolnan olursa olsun yalnız istehlakçıdan pul qoparan mexanizmi-biznesi gücləndirir, keyfiyyət tam son plandadır!

Əziz istehlakçılar ehtiyatlı olun! Çox istərdim ki, istehlakçiların səsi Hörmətli Prezidentimizə çatsin”.

Gununsesi.info