Qırğız prezidenti öz yazdığı mahnıya klip hazırlayıb -VİDEO

  • By admin
  • 04 İyul 2016 17:10

 

almaz

 

Qırğız Respublikasının prezidenti Almazbek Atambayev öz yazdığı mahnıya klip hazırlayıb. Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə “gazeta.kg” məlumat yayıb. Məlumata görə, “Taleyin acığına” adlı mahnının videoklipi iyulun 2-dən Youtube” kanalına yerləşdirilib və 70 min dəfə izlənilib. Mahnının söz və musiqisi Almazbek Atambayevə aiddir. Musiqisini də prezident gitarada ifa edərək özü oxuyub. “Taleyin acığına” mahnısı prezidentin ilk müəllif musiqilərindəndir.

Musiqinin klipi Melis Ubukeyevin “Əyalət sevgisi” adlı filmindən olan kadrlar əsasında yığılıb.

 

Gununsesi.info