Qırğızıstan parlamenti Qazaxıstanın 100 milyon dollarlıq yardımından imtina edib

  • By admin
  • 10 Noyabr 2017 12:00

Qırğızıstan parlamenti Qazaxıstanın bu ölkəyə ayırdığı 100 milyon dollarlıq yardımdan imtina edərək, sənədi ratifikasiya etməyib.

Gununsesi.info 24.kg-yə istinadən xəbər verir ki, qanun layihəsi noyabrın 9-da parlamentin müzakirəsinə çıxarılsa da, parlamentarilər sənədi ratifikasiya etməkdən imtina edib. 105 deputat sazişin əleyhinə səs verib.

Buna səbəb isə son vaxtlar Qazaxıstanla Qırğızıstan arasında gömrük məsələlərində yaranmış problemlərdir.

Qeyd edək ki, Qazaxıstan Qırğızıstanın Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatına inteqrasiya olunması və gömrük sistemini beynəlxalq standartlar  səviyyəsində qurulması məqsədi ilə 100 milyon dollar həcmində yardım ayırıb. Bununla bağlı 2016-ci ildə iki ölkə arasında saziş imzalanıb.

Gununsesi.info