Qırğızıstan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişi ratifikasiya edib

  • By admin
  • 12 Yanvar 2024 15:47

Qırğızıstan Prezidenti Sadır Japarov “Türk İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il martın 16-da Ankarada imzalanmış Sazişin ratifikasiyası haqqında” qanunu imzalayıb.

Gununsesi.info xəbər verir ki, qanun Qırğızıstan parlamenti tərəfindən 6 dekabr 2023-cü ildə qəbul edilib.

Qanunun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləməklə Türkdilli Dövlətlər Təşkilatına (TDT) üzv dövlətlərin iqtisadi inkişafına yardım etməkdir.

2023-cü il martın 16-da Ankara şəhərində imzalanmış Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş TDT ölkələri tərəfindən 500 milyon ABŞ dolları nizamnamə kapitalı ilə Türk İnvestisiya Fondunun (Fondun) yaradılmasını nəzərdə tutur.

Fond TDT ölkələrində güzəştli şərtlərlə prioritet layihələrin maliyyələşdirilməsi üçün resurs bazasıdır.

Gununsesi.info