Qırğızıstanda itkin düşən iranlı alpinistlərin axtarışları dayandırılıb

  • Müəllif: Günel
  • 25 Avqust 2025 08:57

Qırğızıstanın Qələbə zirvəsində itkin düşən iki iranlı alpinistin axtarışları dayandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bütün əməliyyat-axtarış tədbirləri dayandırılıb, onların bu il bərpa edilib-edilməyəcəyi hələlik məlum deyil”, – mətbuat xidmətinin nümayəndəsi bildirib.

Gununsesi.info