Qısqanclıq zəminində 3 nəfəri öldürdü - BİR NEÇƏ NƏFƏRİ YARALADI

  • By admin
  • 23 Avqust 2017 15:54

bicaqladi

Nijniy Novqorod şəhərindəki QAZ zavodunda bir kişi qısqanclıq zəminində üç nəfəri öldürüb, bir neçə nəfəri isə yaralayıb.

Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, avqustun 23-də səhər saatlarında bir kişi öz tanışı və  zavod işçilərinə bıçaqla hücum çəkib.

Hadisə nəticəsində 3 zərərçəkən hadisə yerində dünyasını dəyişib və daha iki nəfər isə yaralanıb. Yaralanan iki kişi xəstəxanaya yerləşdirilib  və onlardan biri əməliyat olunub. Zərərçəkənlərin həyatına təhlükənin olmadığı bildirilir.

Hücum çəkən şəxs saxlanılan zaman polisə müqavimət göstərib və nəticədə yaralanıb. Hazırda cinayətin baş verməsinin detalları araşdırılır.

Hadisənin şahidlərinin dediyinə görə, cinayət qısqanclıq zəminində baş verib. Belə ki, kişi qadına hücum çəkib və zavodun digər işçiləri bunun qarşısını almaq istəyəndə onlara hücum edib.

“QAZ” şirkəti hadisə nəticəsində ölən və yaralananların ailələrinə yardım edəcəyini bəyan edib.

Gununsesi.info