
Türkiyədəki hərbi çevrilişdə iştirak edən Ankaradan 35 km. məsafədə yerləşən Akıncıdakı Hərbi-Hava Qüvvələrinə məxsus bazaya aviz zərbələr endirilib . Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, aviabazaya endirilən zərbələr nəticədə qiyamçılara məxsus bir neçə vertolyot məhv edilib. Hərbi çevriliş zamanı Akıncı aviabazası qiyamçıların mənzil qərargahı kimi istifadə olunub.
Qeyd edək ki, Akıncıdakı aviabazada xidmət edən hərbçilərin bir qismi qiyamçıların əmrini icra etməkdən imtina edərək bazadan qaçaraq, onların bu hərəkətinin qarşısını almağa çalışıblar. Hətta qiyamçıların əmrini yerinə yetirməkdən imtina edən bir hərbçi döyülüb.
Gununsesi.info











