Qızıl 2 dollara yaxın bahalaşıb

  • By admin
  • 07 Oktyabr 2017 10:24

qizil_esas_10

Amerika fond bazarında Dow Jones indeksi 0,01% – 22 773,67 bəndədək, S&P 500 0,11% – 2 549,33 bəndədək ucuzlaşıb, NASDAQ isə 0,07% – 6 590,18 bəndədək bahalaşıb.

Gununsesi.info xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,20% – 7 522,87 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,36% – 5 359,90 bəndədək, Almaniya DAX-ı isə 0,09% – 12 955,94 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,70 dollar artaraq 1 274,90 dolara, gümüş isə 0,15 dollar artaraq 16,79 dollara satılıb.

Gununsesi.info