Qızıl 2 dollaradək ucuzlaşıb

  • Müəllif: admin
  • 14 Sentyabr 2017 09:10

qizil-1

Amerika fond bazarında Dow Jones indeksi 0,18% – 22 158,18 bəndədək, S&P 500 0,08% – 2 498,37 bəndədək, NASDAQ isə 0,09% – 6 460,19 bəndədək bahalaşıb. 

Gununsesi.info xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,28% – 7 379,70 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,23% – 12 553,57 bəndədək, Fransa CAC-40-ı isə 0,16% – 5 217,59 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,80 dollar azalaraq 1 326,20 dollara, gümüş isə 0,09 dollar azalaraq 17,78 dollara satılıb.

Gununsesi.info