Amerika fond bazarında Dow Jones indeksi 0,20% – 18 576,47 bəndədək, S&P 500 0,08% – 2 184,05 bəndədək ucuzlaşıb, NASDAQ 0,09% – 5 232,90 bəndədək artıb.
Gununsesi.info xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,02% – 6 916,02 bəndədək artıb, Fransa CAC-40-ı 0,08% – 4 500,19 bəndədək, Almaniya DAX-ı 0,27% – 10 713,43 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 6,80 dollar ucuzlaşaraq 1 343,20 dollara, gümüş isə 0,30 dollar ucuzlaşaraq 19,72 dollara satılıb.
Gununsesi.info









