Qızıl-gümüş bazarında ötən günün tendensiyası davam edir – Bahalaşma var

  • By admin
  • 19 Aprel 2018 22:44


Aprelin 19-da Azərbaycanda qiymətli metallar bahalaşıb.

Gununsesi.info-nun məlumatına görə, qızılın qiyməti aprelin 18-i ilə müqayisədə 13,906 manat artaraq 1 troy unsiyası üçün 2297,992 manat təşkil edib.

Gümüş 0,8118 manat bahalaşaraq 1 unsiya üçün 29,2889 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 12,614 manat artaraq 1610,1125 manat, palladiumun qiyməti 40,3665 manat artaraq 1765,705 manat təşkil edib.

Gununsesi.info