Qızını terrasdan salladı, həbs edildi – foto

  • By admin
  • 02 Sentyabr 2017 19:10

132192_sgsvqchq7t
Rusiyada 2 uşaq atası olan Roman Afanasyev adrenalin həvəskarıdır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, etdiyi çılğınlıqları sosial şəbəkədə paylaşan Afanasyev sonunvu paylaşımı ilə gündəm olub.

Belə ki, 2 yaşlı qızını yaşadığı binanın terrasından sallayan Roman istifadəçilərin etirazı ilə qarşılanıb. Yüksək sürətlə hərəkət edən maşınında da qızını pəncərədən yelləyən ata hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

Haqqında cinayət işi başlanan Afanasyev terrasdan salladığının oyuncaq olduğunu, qızına qarşı belə bir hərəkət etmədiyini iddia edib. Romanın məhkəməsi davam edir və haqqında 3 il həbs cəzası tələb olunur.

Gununesi.info