
Ötən ilin bu günü model Özlem Ada Şahinlə ailə quran müğənni Berkay İnstaqram səhifəsində maraqlı paylaşım edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən ay ata olan Berkay ilk dəfə qızı Aryanın üzünü göstərib.
İfaçı videonun altına bu sözləri yazıb:
“Əvvəlcə bir maşallah deyin. Gözəl həyat yoldaşım, xoşbəxtliyim, dincliyim. Qızımın anası, Özlem. Evliliyimizin ilk ili xoş keçdi. Allah neçə belə gözəl illər nəsib etsin, inşaallah”.
Qeyd edək ki, ötən il evlənərkən Berkay barmağına üzük əvəzinə xanımın adını yazdırmışdı. İndi də dörd barmağına qızının adını yazdırıb.
Gununsesi.info












