
ABŞ-ın Corciya əyalətində körpələrinə “Allah” soyadını vermək istəyən ailənin müraciəti rədd edilib.
Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, ailə hüquqlarının tapdalandığını iddia edərək məhkəməyə müraciət edib.
Bilal Valk və Yelizaveta Handi adlı cütlük 22 ay əvvəl doğulmuş qız uşaqlarına Zalixa Qreysful Loreyn Allah adını vermək istəyiblər.
Dövlət Səhiyyə Təşkilatından isə uşağa yalnız ata və anasının və ya hər iki valideynin soyadının verilə biləcəyini söyləyiblər.
Qeyd edək ki, rəsmi nikahda olmayan cütlüyün Masterful Mosirah Ali Allah adlı bir oğulları var. ABŞ vətəndaşı olan körpənin doğum qeydiyyatı olmadığı üçün vətəndaşlıqdan çıxarıla bilər.
Gununsesi.info