Qlobal istiləşməyə məruz qalan buzlağın şərəfinə xatirə lövhəsi açıldı - FOTO

  • Müəllif: admin
  • 19 Avqust 2019 09:07

İslandiyada qədim Okiyoküdl buzlağının şərəfinə xatirə lövhəsi açılıb.

Layf” xəbər verir ki, lövhədə ingilis və island dillərində gələcək nəsillərə müraciət yazılıb.

Lövhə iqlim dəyişiklikləri ilə mübarizəyə çağırır.

“Bizim bunu bacarıb-bacarmadığımızı tək siz biləcəksiz”, – müraciət belə yekunlaşır.

100 il bundan əvvəl Okiyoküdl buzlağının sahəsi 16 kvadrat kilometr, eni isə 50 metr olub. Qlobal istiləşməyə məruz qalan buzlağın sahəsi hazırda 1 kvadrat kilometr, eni isə 15 metrə qədər azalıb

Gununsesi.org