Qobustanda iki yük avtomobili toqquşub: Xəsarət alan var - VİDEO/FOTOLAR

  • By admin
  • 13 Aprel 2023 10:42

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes-Benz Atego” yük avtomobilinin idarəetməni itirərək yol kənarında dayanmış “KamAZ” markalı yük avtomobilinə, daha sonra isə dəmir arakəsmələrə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və bir nəfər sərnişin deformasiyaya uğramış “Mercedes”də sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sərnişin xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 
Gununsesi.info