Qobustanda yük avtomobili yanıb

  • By admin
  • 25 İyul 2020 20:18

Qobustan rayonunun Qurbançı kəndində “QAZ” markalı yük avtomobilinin taxta konstruksiyadan ibarət banı, arxa təkərləri və banına yığılan üç ton ot bağlamasının 1,6 tonu yanıb.

Gununsesi.info bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info