Qoca rus qadını zorlayan ustaların məhkəməsi başlayıb

  • By admin
  • 12 Yanvar 2017 11:30

mehkeme-logo-300x197 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə rus əsilli yaşlı qadını zorlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Camir İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Proses qapalı keçirilib.
Gununsesi.info-nun xəbərinə görə,
ittiham aktında bildirilir ki, Beyləqan rayon sakini Camir İsmayılov 2016-cı il sentyabrın 2-də saat 13:00 radələrində qohumu Əşrəf Məmmədovla birlikdə tanışları Elnur Muxtarovun təklifi ilə Nizami rayonunda yaşayan rus əsilli yaşlı qadın Yelena Kovalçukun mənzilinə su kranını və su qızdırıcını təmir etmək üçün gediblər.  Təmir işlərini bitirdikdən sonra qohumlar yeyib-içmək qərarına gəliblər və zərərçəkənin  mənzilində spirtli içki qəbul ediblər. Daha sonra sərxoş Camir İsmayılov qadının yataq otağına keçərək onun əl-qolunu tutub və Əşrəf Məmmədovun onu zorlaması üçün yaardım edib. Bundan sonra zərərçəkən Yelena Kovalçuk  Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istəyəndə Camur İsmayılov mobil telefonunun  əlindən alaraq,  batareyasını çıxarıb. Bundan sonra isə onların hər ikisi Y.Kovalçiku döyərək ayrı-ayrılıqda onunla zorla cinsi əlaqədə olublar.

 Qeyd edək ki, təqsirləndirilən şəxs evlidir və 2 övladı var.

Cinayət işində adı keçən digər şəxslərin işi ayrıca icraata götürülüb. Camur İsmayılov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qapalıkeçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, bildirib ki, Y.Kovalçuku zorlamayıb. Onun sözlərinə görə, qadının evində yeyib-içiblər: “Qadında bizimlə yeyib-içdi. Sonra sərxoş olanda onunla cinsi əlaqədə olmağı təklif etdim. Y.Kovalçuk da təklifimə etiraz etmədi. Birlikdə yataq otağına keçdim. Onunla yataqda cinsi əlaqədə oldum”.

Camir İsmayılov zorlama ittihamını qəbul etməyib və bildirib ki, ittiham olunduğu maddə üzrə ona qarşı düzgün ittiham verilməyib.

Daha sonra zərərçəkmiş qadın ifadə verib. O, evinə gələn ustalar tərəfindən təcavüzə məruz qaldığını bildirib. Yaşlı qadın təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.

Proses yanvarın 19-da davam edəcək.

Gülnaz Qənbərli

Gununsesi.info