Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 5-də saat 3 radələrində Xətai rayonu ərazisində yaşayan Elçin Əliyevin mənzilinə gələn qohumu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əsəd Abdullayev münaqişə zəminində ev sahibinə bıçaqla xəsarət yetirib.
E.Əliyev bıçağı Ə.Abdullayevdən alıb sonuncuya qarın nahiyəsindən xəsarət yetirib. E.Əliyev Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Ə.Abdullayev xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info