Qohumunun evindən qızıl-zinət əşyaları oğurladı - FOTOLAR

  • By admin
  • 01 Dekabr 2016 15:07

qizil

Bərdədə qohumunun evindən qızıl zinyət əşyaları oğurluq edən şəxs yaxalandı.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Pişəvəri küçəsində Ramil Ələkbərova məxsus evdə qeydə alınıb. Ev sahibi polisə naməlum şəxs və ya şəxslərin evə girdiyini və küllü miqdarda qızıl-zinyət əşyaları oğurladığı barədə məlumat verib. Polsiin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törədənin ev sahibinin  qohumu Kənan Qasımzadə olduğu müəyyənləşib. İstintaqa ifadəsi zamanı Kənan Qasımzadə oğurluğu törətdiyini və qızıllları Bərdə bazarında satdığını etiraf edib. Bərdəd qızıl alveri ilə məşğul olan Arif Əmrahova satdığı qızıllar müqabilində  2300 manat qazanan Kənan Qasımzadə daha sonra özünə 1230 manat dəyərində mobil telefon alıb. Hər iki şəxs polis tərəfindən istintaqa cəlb olunub. Oğurlanmış qızıllar və mobil telefon maddi sübut kimi götürülüb.

Bərdə rayon polis şöbəsindən bildirdilər ki, oğurluqda təqsirləndirilən Kənan Qasımzadənin əvvəllər məhkumluğu olmayıb.

qizil1

Gununsesi.info