Qonaqlardan biri bəyə:  "Səndən uşağım var"

  • Müəllif: admin
  • 14 Avqust 2017 20:09

130081_osxfpwf0du

 

Xəbər verdiyimiz kimi, tanınmış aktrisa Merve Sevi ərə gedib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa fevralın 14-də ona eşq elan edən Çalkan Algünlə nikah masasına oturub. Aktrisanın səssiz-səmirsiz etdiyi toyun sonradan səsi çıxıb.

Belə ki, mərasimdə həm gülməli, həm də kədərli hadisələrin baş verdiyi bildirilir.

Tədbirdə olan fotoqrafın toyu bəzəmək üçün gətirilən dron ağaclara çırpılması və yaralanması qonaqları qorxudub.

Nikah zamanı Çalkanın “Hə” cavabında isə aktrisa Dost Elverin “Səndən uşağım var” cümləsi əvvəlcə hamını təəccübləndirsə də, sonradan hər kəs bunun zarafat olduğunu bilib və gülüb.

Məclisdən fotolar sosial şəbəkədə toya gedənlər tərəfindən paylaşılıb.

2

3a

Gununsesi.info