Qonşu Gürcüstanda KÜTLƏVİ ETİRAZLAR yenidən başladı – Hökümət çıxılmaz vəziyyətdə

  • By admin
  • 20 Noyabr 2019 10:16

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası bərpa edilib.

Gununsesi.org BAKU.WS-ə istinadən  xəbər verir ki, aksiyanın keçirildiyi əraziyə dünəndən əlavə çadırlar qurulub. Əraziyə hüquq mühafizə orqanı əməldaşları cəlb edilib.

Qeyd edək ki, bu, Gürcüstan parlamentinin proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişini qəbul etməməsindən sonra Tbilisidə ardıcıl 6-cı mitinqdir. Mitinqdə müxalifətin yeni fəaliyyət planını elan etməsi gözlənilir.

Təşkilatçılar bildiriblər ki, noyabrın 24-də kütləvi mitinq keçiriləcək və parlamentin binası yenidən bloklanacaq.

 

Gununsesi.org