“Qoyun kimi susublar, normal cavab verməyiblər” - Natiq Cəfərli

  • By Admin2
  • 06 Fevral 2026 12:42

Rusiyanın rəsmi, dövlətə yaxın saytları, media qalsın bir qırağa, “Dojd”, “Exo Moskva”, “Jivoy Qvozd” və s. guya demokratik, liberal, müxalifət mediası da Azərbaycan məhkəməsinin Qarabağ canilərinin hüquqa və törətdikləri alçaq əməllərə görə haqlı olaraq ömürlük və uzun müddətli həbs qərarlarına etiraz edirlər.

Bu sözlıri Gununsesi.info-ya Natiq Cəfərli deyib.

O bildirib ki, onları “siyasi məhbus” adlandırırlar, ölkəmizi qınamağa çalışırlar:

“Bir sözlə, Rusiya “liberallarının” mövqeyi rəsmi imperialist mövqedən heç nə ilə seçilmir. Rusiyada ətraf xalqlara münasibətdə demokrat, liberal yoxdur, ola da bilməz, onların kafaları imperialist mərəzlə çoxdan zəhərlənib”, – deyə o bildirib.

Partiya sədri o cümlədən bildirib:

“Dəfələrlə o mediaya açıqlamalar verərkən üzlərinə demişəm ki, siz işğalçı Rusiyaya xidmət edən, məsələn, Xerson vilayətinin işğal edilmiş hissəsinə Kremlin təyin etdiyi alkaqolik Vladimir Saldonu, Ukrayna həbs edib, məhkəməyə çıxartsa, ona haqq etdiyi həbs cəzası versə, nə deyərdiniz, etiraz edib Ukraynanı qınayardınızmı?! Qoyun kimi susublar, normal cavab verməyiblər”.

Qeyd edək ki, ötən gün Qarabağda müxtəlif cinayətlər törədən Ermənistan vətəndaşlarına hökm oxunub. 

Maqsud

Gununsesi.info