Qoyun oğrusu tutulub

  • Müəllif: admin
  • 28 Aprel 2017 12:53

qoyun-oqrusu-2
13 baş qoyun oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də rayon ərazisindəki yardımçı təsərrüfatlardan birindən 13 baş qoyun oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Fərasət Teymurov tutulub.

Bundan başaq Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 8-də və 17-də Bakı şəhər sakini olan 2 qadının ciblərindən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Orxan Gözəlli və Orxan İmanov tutulublar.

Anar
Gununsesi.info