Quba donur - MƏNFİ 12 DƏRƏCƏ ŞAXTA VAR

  • By admin
  • 10 Fevral 2017 16:00

QUBAQUSAR

Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə qar yağır.

Gununsesi.info xəbər verir ki, Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, qarın yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 12 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.

Ən çox qar yağan ərazi isə Qusarın Ləzə kəndidir. Burada qarın hündürlüyü 18 santimetrə çatır.

Qubanın Xınalıq kəndinə 4, Qırız kəndində isə 14 santimetr qar yağıb. Ümumilikdə, şimal bölgəsində dağlıq ərazilərə düşən qarın hündürlüyü 1-18 santimetr təşkil edir.

Fevralın 8-dən başlayan qeyri-sabit hava şəraitinin ayın 14-dək davam edəcəyi proqnozlaşdırılır.

Gununsesi.info