Qubada əməliyyat – Həyətdə gizlədilmiş silahlar tapıldı

  • By admin
  • 29 Aprel 2021 11:51

Quba polisi əməliyyat keçirərək içində yivli silah, patron, əleyhiqaz  və ov tüfəngləri olan silah-sursat aşkarlayıb.

Gununsesi.info xəbər verir ki, polis əməkdaşları tərəfindən Quba rayonu, 2-ci Nügədi kənd sakini 23.03.1981-ci il tevəllüdlü əvvələr məhkum olunmayan Əlibalayev Elçin Əliməmməd oğlunun evindən və ona məxsus 2-ci Nügədi kəndində yerləşən fermadan 1 ədəd üzerində И 3163 yazılan 32 mm çaplı tüfəng, Kalaşnikov avtomatına məxsus 11 eded 7,62 mm çaplı patron, hərəsindən bir eded olmaqla 12, 16 ve 32 mm çaplı tüfəng patronları, 1 ədəd tiyəsinin üzərində AXK 2384 yazılan bıçaq, 1 ədəd üzərində “Spirtotek F9000” yazısı olan əleyhiqaz götürülüb.

Daha bir əməliyyat zamanı Quba rayonu, Qarxun kəndində yaşayan 05.05.1967-ci il təvəllüdlü əvvəllər məhkum olunmayan Şirvanov Eldar Həmzə oğlunun yaşadığı evin damından 1 ədəd TOZ-8 markalı üzərində 80726 nömrəsi yazılan 5,6 mm çaplı yivli tüfəng, 1 ədəd Karabin markalı, üzərində AE 506 yazılan 7.62 mm çaplı yivli tüfəng, 1 ədəd K markalı, üzərində 07927 yazılan 16 mm çaplı tüfəng, 1 ədəd üzərində nömrəsi oxunmayan 16 mm çaplı təklülə tüfəng, Kalaşnikov əl pulemyotuna məxsus 134 ədəd dolu patron, 47 ədəd boş patron, TOZ-8 tüfənginə məxsus 37 ədəd patron, 17 ədəd Kalaşnikov avtomatına məxsus 7.62 mm çaplı patron, 12 ədəd AKS avtomatına məxsus 5.45 mm çaplı patron, 16 mm çaplı 50 ədəd dolu tüfəng patronu, 37 ədəd boş gilizi, 34 ədəd böyük kürəşəkilli və 9 ədəd kiçik kürəşəkilli qırmalar aşkarlanaraq götürülüb.

Əməliyyat zamanı məlum olmuşdur ki, Laçın rayonu, Pircahan kəndində qeydiyyatda olmaqla, Quba rayonu, 2- çi Nügədi kəndində məskunlaşıb yaşayan əvvəllər məhkum olunmayan 02.12.1983- cü il təvəllüdlü Emin Nadir oğlu Quliyev TOZ-8 markalı tüfəngi təxminən 2018-ci il tarixində Eldar Şirvanova pay verib.

Gununsesi.info