Qubada avtomobil 59 yaşlı kişini vurdu

  • By admin
  • 17 Oktyabr 2016 20:34

piyada

 

Bu gün axşam saatlarında Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, “Ford Tranzit” markalı maşın yolu keçmək istəyən Quba şəhər sakini 1957-ci il təvəllüdlü Yusifov Adil Nüsrəddin oğlunu vurub.

O, dərhal Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Yusifovun vəziyyəti ağırdır və xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir.

Fakt araşdırılır.

 

Gununsesi.info