
Qubada yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Amsar kəndində ümumi sahəsi 440 m2 olan taxta konstruksiyadan ibarət ikimərtəbəli 8 otaqlı inzibati binanın 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 m2sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Anar
Gununsesi.info












