Qubada köməkçi tikili yanıb

  • Müəllif: admin
  • 28 Oktyabr 2017 08:00

Qubada yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonunda ümumi sahəsi 320 m2 olan birmərtəbəli 8 otaqdan ibarət köməkçi tikilinin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 280 m2 sahədə yanıb.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info