Qubada narkotik alverçisi saxlanıldı - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Səməd Pərvini saxlanılıb.

HTML tutorial

Həmin şəxsin üzərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Faktla bağlı Quba RPŞ-də S.Pərvininin barəsində cinayət işi başlanılıb.

Gununsesi.info