Qubernator: - "Temur Abazovla bağlı xususi açıqlama olacaq"

  • By admin
  • 13 İyun 2018 13:15

“Kvemo-Kartli bölgəsinin Marneuli rayonunun meri Temur Abazov ifadə vermək üçün prokurorluğa çağrılıb. Bir neçə saatdan sonra merlə əlaqədar rəsmi açıqlama olacaq”.

Gununsesi.info “Report”un Gürcüstan bürosu-na istinadən xəbər verir ki, bunu Kvemo-Kartli bolgəsinin qubernatoru Qriqol Nemsadze bildirib.

Onun sözlərinə.gorə, hazırda prokurorluq T.Abazovla bağlı araşdırma aparır.

Qeyd edək ki, iyunun 13-də Gürcüstanın Marneuli şəhərinin azərbaycanlı meri Temur Abazov saxlanılıb. Onun saxlanılmasına səbəb kimi sakinlərlə pis rəftarı göstərilir.