Quduz olduğu iddia olunan Tunarın anası danışdı: “Uşaqlıqdan yeməyi elə yeyir” - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 17 İyul 2023 22:33

Sosial şəbəkələrdə paylaşılan səkkiz yaşlı Tunarın it dişləyəndən sonra quduzlaşası iddası ilə bağlı anası açıqlama verib.

Gununsesi.info xəbər verir ki, Tunarın anası İlhamə Mirqafarovanın sözlərinə görə, oğlunun vəziyyəti stabildir və o quduz deyil.

Ana bildirib ki, Tunar atasız uşaqdır və tək anasının himayəsində böyüyüb.

Onlar ilk əvvəl Xızı rayonunda yaşayıblar və İ.Mirqafarova çobanlıqla məşğul olub. Ana qeyd edib ki, uşaq itlərin, quzuların arasında böyüyüb və daha sonradan stansiya Sumqayıtda məskunlaşıblar:

“Hadisə isə iyulun 8-də başa verib. Belə ki, 8 yaşlı Tunar həyətdəki itə xəsarət yetirəndən sonra it ona hücum edib. Həmin əlamətlər quduzluqla əlaqəli deyil. Tunar uşaqlıqdan qabdan yeməyi o cür yeyir”.

Xatırladaq ki, Tunar hazırda Sumqayıt şəhər Uşaq xəstəxanasının infeksiya şöbəsində müalicəsini davam etdirir. Xəstəxananın şöbə müdiri Sehri Babayev bildirib ki, 8 yaşlı Tunar Mirqafarov iyulun 8-də səhər saat 11:05-də daxil olub:

“Başının təpə nahiyəsindən böyük ölçülü it dişləməsi zədəsi olub. Cərrahi işləmələr it dişləməsi təyinatına uyğun olaraq aparılıb. Hazırda uşağın vəziyyəti yaxşıdır və quduzluq əlaməti qeydə alınmayıb”.

Həkim qeyd edib ki, anası övladını uşaqlıqdan heyvanlarla bir yerdə saxladığı üçün oğlan yeməyi o şəkildə yeyirmiş.

Daha ətraflı süjetdə:

15:02

Keçən həftə it dişlədikdən sonra xəstəxanaya yerləşdirilən uşaqla bağlı videolar sosial şəbəkələrdə yayılıb. İddia olunub ki, uşaq it dişləməsindən sonra özünü qeyri-adekvat aparıb.

Bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həmin uşaqla bağlı açıqlama verib.

TƏBİB-dən bildirilib ki, Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub. Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib.

Baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib.

Eyni zamanda ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antirabik vaksini vurulub. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Gununsesi.info