Quldurluq etməkdə şübhəli bilinən şəxs tutuldu

  • Müəllif: admin
  • 21 Yanvar 2017 11:24

qandal-qolda

Quldurluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yanvarın 20-də Şirvan şəhərində yaşayan Mətanət Salahovanın evinə qarət məqsədilə girən naməlum şəxs səs-küyə oyanan Mətanəti boğmağa cəhd göstərib, oğlu Elbrusa bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini İlkin Xanteymurov tutulub.

Anar

Gununsesi.info