Quldurluqda təqsirləndirilənlər barədə hökm qüvvədə saxlanıldı

  • By admin
  • 12 Noyabr 2016 10:19

mehkeme-huquq-300x239

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən şəxslər barəsində hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, məhkəmə qərarına əsasən onların barələrində olan hökm dəyişdirilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hətəm Bağırov, Amin Məmmədli, Əsgər Əsgərli, Fariz Babaşovun hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib. Yəhya Məmmədli, Nicat Əsədov, Xanlar Kərimov isə şərti olaraq azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Onlar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinə əsasən ittiham olunublar.

Hökmdən narazı qalan dövlət ittihamçısı şərti azadlığa buraxılan şəxslərin cəzalarının ağırlaşdırılması barədə apellyasiya protesti, Hətəm Bağırov, Amin Məmmədli, Əsgər Əsgərli, Fariz Babaşov isə cəzalarının azaldılması üçün apellyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər.

Gununsesi.info