Qum adasında bıçaqlanma

  • By admin
  • 06 Avqust 2016 21:04

bicaq

 

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, rayonun Qum adası qəsəbəsində qəsəbə sakini 1991-ci il təvəllüdlü İlkin Abdullayev 1983-cü il təvəllüdlü Abbas Orucovun qol və döş nahiyəsinə iki bıçaq xəsarəti yetirib.

A.Orucov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İ.Abdullayev isə könüllü olaraq polis bölməsinə gedib.

 

Gununsesi.info