Qurban Amerikada qətlə yetirildi

  • By admin
  • 21 Dekabr 2021 10:46

Azərbaycanlı Qurban Bağırov Amerika Birləşmiş Ştatlarında qətlə yetirilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə onun tanışı Elman Kərimov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, hadisə ötən axşam Çikaqoda baş verib.

Əldə etdiyimiz məlumata görə, 25 yaşlı həmyerlimiz başından güllələnib. O, avtomobil idarə edərkən qətlə yetirilib. Qurban yerli xəstəxanada vəfat edib.

Gununsesi.info