Qurban Qurbanov millimizin matçını izləyir

  • By admin
  • 09 Noyabr 2017 19:18

21 yaşadək futbolçulardan ibarət milli komandamız Avro-2019-un seçmə mərhələsində hazırda Almaniyanı qəbul edir.

Gununsesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, “Dalğa Arena”da keçirilən oyunu stadiondan izləyənlər arasında əsas millimizin yeni baş məşqçisi Qurban Qurbanov da var.

O, “Qarabağ”da köməkçisi olan Elçin Rəhmanov və AFFA-nın baş katibi Elxan Məmmədovla matça baxır.

Qeyd edək ki, Almaniya millimizə 3:0 hesabı ilə qalib gəlir.

Gununsesi.info