Qütb soyuqluğu gəlir: Qış aylarının ən soyuq günləri yaşanacaq

  • By admin
  • 12 Yanvar 2024 17:14

ABŞ-a arktik soyuqlar yaxınlaşır və qış aylarının ən soyuq günlərinin ölkənin mərkəzi bölgələrində baş verəcəyi gözlənilir.

Gununsesi.info xəbər verir ki, CNN-in məlumatına görə, ölkənin mərkəzi hissələri bu gün axşam saatlarından etibarən qütb soyuğunun təsiri altında olacaq. Havanın temperaturunun mənfi 20-30 dərəcəyə enəcəyi, güclü tufanların da bəzi ərazilərdə havanın temperaturunun mənfi 50 dərəcəyə enəcəyi gözlənilir.

Ölkənin mərkəzi bölgələrində yaşayan 15 milyondan çox insan üçün soyuq hava xəbərdarlığı edilərkən, hətta 10 dəqiqəlik soyuğa məruz qalmanın da donmaya səbəb ola biləcəyi qeyd edilib.

Bu hava dalğası ilə ölkədə qış mövsümünün ən soyuq günlərinin yaşanacağı gözlənilir.

Gununsesi.info