Quterreş və Ərdoğan Ukraynaya gedir

  • By admin
  • 16 Avqust 2022 21:36

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Ukraynaya növbəti səfərini planlaşdırır.

Bu barədə Gununsesi.info BMT baş katibinin mətbuat xidmətinin rəhbəri Stefan Düjarrikin çıxışına istinadla xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə baş katib cümə axşamı Lvova gələcək. Orada o, Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Daha sonra Odessa limanına gedəcək.

BMT baş katibinin bu səfəri xüsusilə taxıl sazişi, Zaporijjya AES-in atəşə tutulması və Yelenovka məhkəməsində əsir götürülən ukraynalı əsgərlərin təcridxanada öldürülməsi ilə bağlı müzakirələrə həsr olunacaq.

Sonra koordinasiya mərkəzinin necə işlədiyini görmək üçün Türkiyəyə gedəcək.

Qeyd edək ki, Türkiyə lideri R.T,Ərdoğanın administrasiyası hələlik Ukraynaya səfəri və ya BMT baş katibi ilə görüş barədə məlumat verməyib.

Xatırladaq ki, aprel ayında Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Ukraynaya səfər etmişdi.

Antonio Quterreş Ukraynada olarkən Rusiya ordusu Kiyevə raket zərbələri endirib.

Gununsesi.info