
İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola maraqlı addımı ilə diqqət çəkib.
Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı futbolçularına klubun bazasında internetə daxil olmaq və 3G mobil rabitə xidmətindən istifadəyə qadağa qoyub.
Qvardiola bu qadağa ilə yetirmələrinin daha çox bir-biri ilə ünsiyyətdə olmasını istəyir.
Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının cari mövsümündə ilk məğlubiyyətinə ötən tur “Tottenhem”lə matçda məruz qalıb.
Gununsesi.info












